77 qol və məğlubedilməz AZAL STATİSTİKA

77 qol və məğlubedilməz AZAL STATİSTİKA

Topaz Premyer Liqasının XXVII turunun "Kəpəz" - "Turan" oyunu daha bir hakimin ölkə çempionatında debütü ilə əlamətdar olub. Siasport idman portalının məlumatına görə, qarşılaşmanı idarə edən Ömər Paşayev həm mövsümdə, həm də tarixdə ilk dəfə güclülər dəstəsi oyununda baş hakim kimi meydana çıxıb. O, cari mövsüm Premyer Liqanın arxada qalan 157 görüşündə (nəticəsi ləğv olunan "Simurq" – "Rəvan" oyunu nəzərə alınmamaqla) fit çalan 11-ci referidir. Ümumilikdə isə 1992-ci ildən keçirilən çempionatlarda bunadək 87 hakim iş başında olub. Paşayev həmin siyahıda 88-ci yerdədir.

1

Əliyar Ağayev

21

2

Anar Salmanov

20

3

Rəhim Həsənov

20

4

Fariz Yusifov

20

5

Elçin Məmmədov

20

6

Vüsal Əliyev

19

7

Rauf Cabbarov

13

8

Elvin Əsgərov

11

9

Orxan Məmmədov

8

10

Ramil Diniyev

4

11

Ömər Paşayev

1

"Simurq"un tarixində antirekord

Zaqatalanın "Simurq" klubu tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Bu, Topaz Premyer Liqasının XXVII turunun "İnter" ilə səfər matçında gerçəkləşib. Əyalət təmsilçisi 0:5 hesabı ilə məğlub olmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqi ilə məğlub olub.

Yarandığı 2005-ci ildən "Şəfa"dakı oyuna qədər 253 rəsmi matç keçirən "Simurq" ən ağır yenilgisini 254-cü görüşdə alıb. Bunadək 86 dəfə məğlub olan komanda birinci dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə məyus ayrılıb. Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları 4 top fərqi ilə olub. Dörd dəfə 4 top fərqi ilə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla alıb. "Simurq"un 3-dən artıq, yəni 4 və daha çox top fərqi ilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.

"Simurq"un 4 və daha çox top fərqli məğlubiyyətləri

16.05.2010

Simurq (Zaqatala) - Standard (Sumqayıt)

0:4

21.08.2010

Neftçi (Bakı) - Simurq (Zaqatala)

4:0

27.11.2010

Qəbələ - Simurq (Zaqatala)

4:0

16.12.2011

AZAL (Bakı) - Simurq (Zaqatala)

5:1

20.04.2013

İnter (Bakı) - Simurq (Zaqatala)

5:0

77 qol və məğlubedilməz AZAL

Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi başa çatıb. Komandaların iki "altılıq"da mübarizə apardığı 5 turluq dövrədə 30 qarşılaşma keçirilib.

Həm 1-6, həm də 7-12-ci yerlər uğrunda mübarizə aparan "altılıq"da 15 oyundan 3-ü heç-heçə bitib. Yəni ümumilikdə 30 matçın 6-sı bərabərliklə nəticələnib.

Dövrənin 30 oyununda qapılara 77 qol vurulub. Orta məhsuldarlıq 2,57-yə bərabər olub. İlk "altılıq"da 34 (orta hesabla 2,27), ikincidə 43 qol (orta hesabla 2,87) vurulub.

Dövrənin ən yaxşısı AZAL olub. Məğlub olmayan yeganə komanda kimi fərqlənən "təyyarəçilər" 5 turda 13 xal qazanıb. "İlk altılığın" ən yaxşısı isə "Qarabağ" klubu olub – 12 xal.

"Rəvan" hamıdan çox – 15 qol vurub. AZAL, "Qarabağ" və "Neftçi" hamıdan az – 4 top buraxıb.

"Kəpəz" xala, "Qəbələ" qələbəyə həsrət qalıb. "Kəpəz"lə "Simurq" hamıdan az – 2 qol vurub, "Turan" isə hamıdan çox – 14 top buraxıb.

1.

AZAL (Bakı)

4

1

0

11 - 4

13

2.

Rəvan (Bakı)

4

0

1

15 - 5

12

3.

Qarabağ (Ağdam)

4

0

1

7 - 4

12

4.

Neftçi (Bakı)

3

1

1

6 - 4

10

5.

İnter (Bakı)

3

0

2

11 - 6

9

6.

Sumqayıt

2

1

2

5 - 5

7

7.

Xəzər Lənkəran

1

3

1

5 - 5

6

8.

Bakı

1

2

2

4 - 5

5

9.

Simurq (Zaqatala)

1

1

3

2 - 8

4

10.

Turan (Tovuz)

1

1

3

5 - 14

4

11.

Qəbələ

0

2

3

4 - 7

2

12.

Kəpəz (Gəncə)

0

0

5

2 - 10

0

Bütün xəbərlər Facebook səhifəmizdə