Topaz Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb. Siasport idman portalının məlumatına görə, XXVII turun "Dalğa Arena"da keçirilən "Kəpəz" - "Turan" matçını cəmi 30 tamaşaçı izləyib. Bu da çempionatın 27 turunun ən aşağı göstəricisidir. Bunadək cəza üzündən azarkeşsiz keçirilən "Qarabağ" - "Qəbələ" matçını nəzərə almasaq mövsümün ən aşağı tamaşaçı sayı 50-yə bərabər idi. Bu da XXII turun "Kəpəz" - "Simurq" matçında gerçəkləşıb. Gəncə təmsilçisinin Bakıdakı son oyununda isə həmin antirekord yenilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB