İstanbulun "Fənərbaxça" futbol klubunun UEFA Avropa Liqasının yarımfinal mərhələsindəki rəqibi olan Portuqaliya "Benfika"sı, "Sportinq"lə keçirilən derbidə qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, "Benfika" əzəli rəqiblərindən olan "Sportinq" üəzrində 2:0 hesablı qələbə qazanaraq, liderliyini bir qədər də möhkəmləndirib. Qalib komanda hazırda Portuqaliya çempionatında 70 xalla 1-ci sırada qərarlaşıb. "Sportinq" isə, 33 xalla turnir cədvəlində 8-ci sırada qərarlaşıb. "Benfika"nın qollarına Edurado Salvio və Rodriqo Lima imza atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB