Şahmatçımız VII “Taskent Open” Beynəlxalq turnirində uğurla çıxış edib
Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII "Taskent Open" Beynəlxalq turniri davam edir. Siasport idman portalının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən qrossmeyster Azər Mirzəyev özbək şahmatçısı Marat Cumayev ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb. Bununla da, hesabında 5 xal olan şahmatçımız turnir liderlərindən cəmi bir xal ilə geridə qalır. Yarışda İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Azərbaycan, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan 101 şahmatçı iştirak edir.
Qeyd edək ki, şahmat üzrə Beynəlxalq turnirə sabah yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB