Rövnəq Abdullayev Sumqayıt İdman Mərkəzində olub FOTOLAR

Rövnəq Abdullayev Sumqayıt İdman Mərkəzində olub FOTOLAR

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində inşa edilən stadion və məşq meydanlarında görülən işlər ilə tanış olub. Siasport idman portalının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydanı tikilir. Bununla yanaşı, M.Hüseynzadə adına stadionun əsas meydanı da əsaslı təmir edilir və burada yüksək səviyyəli təbii ot örtüyü olacaq.

Qeyd edək ki, R.Abdullayev təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.









Bütün xəbərlər Facebook səhifəmizdə