Nə? Harada? Nə zaman? intellektual oyununun qalibləri müəyyənləşib

Nə? Harada? Nə zaman? intellektual oyununun qalibləri müəyyənləşib

Xəbər verdiyimiz kimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Modern Hoteldə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, intellektual oyunda 20 komanda iştirak edib və 60 sual cavablandırılıb. Oyunda suallara ən çox cavab verən komanda qalıb sayılıb. Yekun nəticələrə görə I yerə "Diplomat", II yerə "Vendetta", III yerə isə "Merkuri" komandası layiq görülüb.

Qeyd edək ki, qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və kuboklar ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə