"Atletiko"nun seleksionerləri artıq Bakıdadır

"Atletiko"nun seleksionerləri artıq Bakıdadır

İki klub arasında əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən, seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyaca məşhur "Atletiko" Madrid klubunun bazasında təlim alacaqlar. Siasport idman portalının məlumatına görə, uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko"nun məşqçi-seleksiyaçılarına həvalə olunub.

Artıq 3 nəfərdən ibarət seleksiyaçı məşqçilər Bakıdadırlar. Dünən Daniel Gonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neçə gün davam edəcək. Bir həftə ərzində aparılan analizlər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı" futbol klubunun deyil, istənilən qurumun nümayəndəsi yer ala bilər. Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq. Seçilmiş uşaqlar yay aylarındna etibarən Madridə yollanaraq futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.

Qeyd edək ki, layihənin bütün xərclərini "Bakı" Futbol Klubu qarşılayır.

Bütün xəbərlər Facebook səhifəmizdə