Con Bencamin Toşak: "Ən azı 2:0 hesabı ilə qalib gəlməli idik"

Con Bencamin Toşak: "Ən azı 2:0 hesabı ilə qalib gəlməli idik"

Topaz Premyer Liqasının 27-ci turuna "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu ilə yekun vurulub. Siasport idman portalının məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Bu gün qazandığımız bir xala görə komandanı təbrik edirəm. İlk hissədə qapıçımız iki real qol epizodunda komandanı xilas etdi. İkinci hissədə isə rəqib hücumameylli futbolçularla üstünlüyü ələ aldı. Buna baxmayaraq, oyun heç-heçə başa çatdı. Bu, bizim üçün önəmli bir xaldır".

Con Toşak, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Xəzər Lənkəran"a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq. Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik".

Bütün xəbərlər Facebook səhifəmizdə