Tərlan Əhmədov: "Oyunun ağır keçəcəyini bilirdik"

Tərlan Əhmədov: "Oyunun ağır keçəcəyini bilirdik"

Topaz Premyer Liqasının 27-ci turunda "Neftçi" doğma meydanda "Qəbələ"ni qəbul edib. Siasport idman portalının məlumatına görə, matçın gedişində hesabda geri olan paytaxt təmsilçisi əzmkar oyunu ilə qələbə qazanıb - 2:1.

Məşqçilərin fikirlərini təqdim edirik:

Luiz Araqon, "Qəbələ" klubunun məşqçisi: "Gərgin oyun oldu, komandam sona kimi mübarizə apardı. İlk hissədə hesabda irəlidə idik. İkinci hissədə isə qarşılıqlı hücumlar oldu. İmkanlarımızdan yararlana bilmədik, məğlub olduq. Fikrimcə, bu oyunda heç-heçə də ola bilərdi".

Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Oyunun ağır keçəcəyini bilirdik. Kubok oyununun ardından bu oyunu keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ bildik. Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda "Qarabağ" klubu ilə kubok oyunumuz var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə