Topaz Premyer Liqasının 27-ci turunda səfərdə "Bakı"nın qonağı olan "Qarabağ" klubu Riçard Almeydanın qolu ilə rəqibini 1:0 hesabı ilə məğlub edib. Siasport idman portalı baş məşqçilərin fikirlərini təqdim edir:
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Oyunun gedişində iki məcburi əvəzetməmiz olub. Əvəzetmələrdən daxil olan oyunçular özünü doğrultub. Çempionatın gərginliyi daha da artır. Bu cür gözəl stadionda oyunun sürəti də artır. Vacib üç xal qazandığımızı düşünürəm. Bəlkə də bizim komandada qələbə qazanmaq istəyi daha çox idi. Yaxşı oynayan komandaya qalib gəldik. Qarşıda kubok oyunumuz var. Bugünkü oyunu unudub növbəti oyunlara hazırlaşmalıyıq".
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Yaxşı oynadıq, oyuna nəzarət edirdik. Başdan sonadək fərqlənmək üçün çoxlu imkanımız oldu. Heyətdə dəyişikliklər etdik, komandamız qol vurmalı idi. Üç gündən sonra səfərdə vacib kubok oyunumuz var, bu oyuna hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB