Media və YAP rayon təşkilatları arasında keçirilən futbol turnirinin növbəti oyunlarına start verildi FOTOLAR

Media və YAP rayon təşkilatları arasında keçirilən futbol turnirinin növbəti oyunlarına start verildi FOTOLAR

Bu gün "Coca Cola" şirkətinin sponsorluğu ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futbol turnirinin növbəti oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, günün ilk qarşılaşması "Cəmiyyət və din" – YAP Suraxanı rayon təşkilatı oyununda ikinci komanda iştirak etmədiyinə görə, maçt baş tutmayıb. Belə olduqda YAP Suraxanı rayon təşkilatı futbol komandasına texniki məğlubiyyət verilib.

Daha sonra isə İctimai Televiziya – YAP Sumqayıt şəhər təşkilatı oyunu keçirilib. Bu oyunda qapılara 8 qol vurulub. Media nümayəndələri böyük hesab ilə məğlub olub 1:7.

Günün maraqlı qarşılaşması "Səs" TV – AzTV matçı olub. Gərgin mübarizə şəraitində keçən oyunun birinci hissəsində hesabda AzTV üstün olub. İkinci hissədə "Səs" TV komandası təzyiqi artırıb. Daha çox hücuma meyil edən komanda 3 qol vurmağa nail olub. Lakin buna baxmayaraq qarşılaşma AzTV komandasının qələbəsi ilə başa çatıb 3:4.

Son qarşılaşma isə YAP Xətai rayon təşkilatı – ANS arasında keçirilib. YAP Xətai rayon təşkilatı komandası minimal hesabla qalib gəlib 1:0.













Bütün xəbərlər Facebook səhifəmizdə