"İnter"in yarımmüdafiəçisi əməliyyat olundu

"İnter"in yarımmüdafiəçisi əməliyyat olundu

Sarı vərəqə limitini aşan və buna görə Premyer Liqanın bu turunu buraxan "İnter"in gənc yarımmüdafiəşisi Fuad Bayramov dünən əvəzedici komandaların matçında iştirak edib. Siasport idman portalının məlumatına görə, bu qarşılaşmanın ikinci hissəsində Fuad Bayramov ağır zədə alıb. Belə ki, gənc futbolçu uğursuz toqquşmadan sonra meydanı tərk edib. O, dərhal "Medical Plaza" klinikasına aparılıb. Klinikada F.Bayramov böyrəyindən əməliyyat olunub. Bundan sonra onun vəziyyəti stabilləşib və o,ümumi palataya köçürülüb.

Belə halda futbol mövsümünü gənc oyunçu üçün bitmiş hesab etmək olar. Gözlənilir ki, Fuad Bayramov məşqlərə ən yaxşı halda bir aydan sonra qayıda bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə