Rövşən Babayev: “Simurq” hər bir rəqibinə öz sözünü deyə bilən komandadır"
Bu gün əvəzedici heyətlərin ölkə birinciliyinin 27-ci turunda "Simurq" "Şəfa" stadionunda "İnter"in qonağı olub. Qarşılaşmadan Zaqatala təmsilçisi qolsuz bərabərlik ilə ayrılıb. Səfərdən vacib bir xalla qayıdan "sarı-qaralar"ın baş məşqçisi Rövşən Babayev oyun haqqında fikirləri bildirib: "Gözəl oyun keçib. Hər iki komanda sona qədər mübarizə aparıb. Həm "Simurq", həm də "İnter" kollektiv oyun nümayiş etdirib. Bü gün komandam meydanda əsil əzmkarlıq göstərib. Gecə saat 4-də yola çıxmaq və gəlib səfərdə güclü rəqib ilə görüşdə belə vacib xal qazanmağımız əla nəticədir. Üstəlik də, bildiyiniz kimi dünən gecə Zaqatala 4 bal gücündə zəlzələ olub. İlk "altılıq"da mübarizə aparan komandalar, xüsusəndə yüksək yerlər uğrunda yarışan komandalar üçün hər görüşdən xalla qayıtmaq çox vacibdir. Buna görə yetirmələrimə çox sağ ol deyirəm. Onlara halal olsun ki, bir gecə yatmadan gəlib bu cür çətin görüşdən vacib xal qazanıblar".
"Simurq"un baş məşqçisi rəqibi də, dəyərləndirib. O, "İnter"in gələcəyinin parlaq olacağını bildirib: "Bugünkü rəqibimiz həqiqətən güclü heyətə malik komandadır. Gələcəyi parlaq olan kollektivdir. Ancaq yaddan çıxarmayaq ki, "Simurq"da hər bir rəqibinə öz sözünü deyə bilən komandadır".
Rövşən Babayev yetirmələrinin ilk hissədə "İnter"dən daha üstün oyun nümayiş etdirdiyini bildirsə də, sonradan meydana daxil olan futbolçularının sərgilədiyi oyundan razı qalmadığını da, açıqlamasıda xüsusi vurğulayıb: "Birinci hissədə rəqibdən çox üstün oyun nümayiş etdirdik. Fasilədən sonra isə deyərdim ki, bərabər səviyyəli qarşılaşma keçib. Uşaqlar meydanda bütün tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirməyə çalışıblar. İkinci hissədə dəyişiklər etməli oldum. Təbii ki, onların oyunu məni o qədərdə qane etməyib. Bu gün onlardan istədiyimizi ala bilmədik. Ancaq o futbolçular kollektivdə hələ təzədilər. Onlara vaxt vermək lazımdır. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB