"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiyaya yollanır. Siasport idman portalının məlumatına görə, sabah "Zanbaqlar ölkəsi"nə səfər edəcək "qırmızı-qaralar" sözügedən ölkədə birhəftəlik hazırlıq keçəcək. Hüseynqulu Quliyevin yetirmələri hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. "Qəbələ"nin Hollandiyada üz-üzə gələcəyi rəqibləri və matçların keçirilmə tarixləri bəllidir. "Qırmızı-qaralar" ilk oyununu aprelin 23-də "Ayaks"a qarşı keçirəcək. Növbəti gün "Qəbələ" Belçikanın "Brügge" klubundan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. "Qəbələ" son yoxlama oyununda, aprelin 28-də Almaniya təmsilçisi "Fortuna" (Düsseldorf) ilə qarşılaşacaq.
Qeyd edək ki, komandanı Hollandiya səfərində "Qəbələ" Futbol akademiyasının direktor müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı müşayiət edəcək. Akademiyanın gənc məşqçiləri Xaqani Məmmədov ilə Sahil Kərimli heyətdə yer alıblar.
"Qəbələ" səfərə bu futbolçular ilə yola düşəcək:
Süleyman Süleymanov, Toğrul Məmmədbəyli, Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Xəyal Əmirli, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd Mirzəyev, Elvin Həsənov, Azər İsmayılov, Nurlan Quliyev, Coşqun Süleymanov, Qara Mehrəlizadə, Fərid Əsədli, Rövlan Muradov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB