”Xəzər Lənkəran” həmişə qol vurduğu rəqibə qarşı STATİSTİKA

”Xəzər Lənkəran” həmişə qol vurduğu rəqibə qarşı STATİSTİKA

Topaz Premyer Liqasının XXVII turunun oyunları davam edir. Siasport idman portalının məlumatına görə, final mərhələsinin ilk dövrəsinin son turunda "Xəzər Lənkəran" "Sumqayıt"la görüşəcək. Əsas hədəfi ölkə kuboku olan cənub təmsilçisi Premyer Liqada qalmaq üçün mübarizə aparan rəqibini öz meydanında qəbul edəcək.

Lənkərandakı görüş tərəflər arasında 5-ci qarşılaşma olacaq. İlk dəfə final mərhələsində üz-üzə gələcək komandalar 2 dəfə 2011/12, 2 dəfə cari mövsümündə üz-üzə gəlib. Ötən mövsüm hər 2 qarşılaşmada "Xəzər Lənkəran" üstün olubsa, bu çempionatda qalib müəyyənləşməyib.

"Ağ yaşıllar" Sumqayıt təmsilçisinə qarşı keçirdiyi 4 matçın hamısında rəqib qapısına yol tapıb. Dörd görüşdə cəmi 1 dəfə "Xəzər Lənkəran" qapısını toxunulmaz saxlaya bilib. Bu da ötən mövsümünü 2-ci dövrəsində cənub təmsilçisinin səfərdə 3:0 hesabı ilə qalib gəldiyi matçda olub.

Lənkərandakı görüşlərdə isə hər 2 komanda qol vurub. Meydan sahibləri "Sumqayıt" ilə hər 2 ev oyununda eyni sayda 2 qol vurmağa nail olub. Ümumilikdə 2 qələbə və 2 heç-heçəsi olan "Xəzər Lənkəran" top fərqində ikiqat üstünlüyə malikdir – 8:4.

2011/12 06.08.2011 çempionat e 2:1

2011/12 03.03.2012 çempionat s 3:0

2012/13 31.10.2012 çempionat s 1:1

2012/13 03.03.2013 çempionat e 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə