Mövsümün əvvəlində ilk olaraq avrokuboklarda mübarizəyə qoşulan "Neftçi" qrup oyunlarına qədər seçmə mərhələdə 6 oyun keçirib. Siasport idman portalının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində də rəqibləri ilə 6 oyuna çıxan "ağ-qaralar" təkcə avrokuboklarda bir mövsümdə 12 görüş keçirməklə rekorda imza atıb. Bundan əlavə Flaqman Topaz Premyer Liqasında indiyə kimi 26 oyunda qüvvəsini sınayıb. Ölkə kubokunun yarımfinal mərhələsinə qədər isə "Neftçi" rəqibləri ilə 4 dəfə üz-üzə gəlib. Üstəlik "ağ-qaralar"ın formasını geyinən futbolçular mövsüm ərzində mütəmadi olaraq milli komandaların heyətində meydana çıxıblar. Üç cəbhədə mübarizə aparmaqla indiyə kimi ümumilikdə 42 oyun keçirən "Neftçi" PFK daxili çempionatda ilk pillədə qərarlaşıb.
Avrokubokların seçmə mərhələsi – 6 oyun
Avropa Liqasının qrup mərhələsi – 6 oyun
Topaz Premyer Liqası – 26 oyun
Azərbaycan kuboku – 4 oyun
"Neftçi" PFK mövsümün sonuna kimi oyun sayını 50-yə çatdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB