Hal-hazırda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərərfindən Modern oteldə gənclər arasında "Nə? Harada? Nə zaman?" intelektual oyunu keçirilir. Siasport.az idman portalının məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənməkdir.
Tədbiri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov açıq elan edib. O, "Ağıl oyunları" intellektual oyununun sonunda qalib cıxacaq komandanı təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. A. Yusifov bunu da bildirib: "Burada məğlub olan komanda yoxdur. Hər birimiz qalib olaraq gəlmişik." Cıxışının sonunda Aydın Yusifov tədbirdə iştirak edən bütün komandalara müvəffəqiyyətlər arzulayıb.
"Nə? Harada? Nə zaman" intellektual oyunu 60 sualdan ibarətdir. Oyunda suallara ən çox cavab verən komanda qalıb sayılır.
Qeyd edək ki, qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və kuboklar ilə mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB