Həmvətənlərimiz Murmanskda boks turnirinin qalibi olub

Həmvətənlərimiz Murmanskda boks turnirinin qalibi olub

Rusiya Federasiyasının Murmansk şəhərinin "Laplandiya" Yaradıcılıq Sarayında "Yaddaş" adlı boks turniri keçirilib. Siasport idman portalının məlumatına görə, turnirdə Murmansk vilayətinin şəhər və qəsəbələrindən 50-dən çox gənc və yaşlı boksçu iştirak edib. Yarışda Snejnoqorsk, Kirovsk, Qadjiyevo, Severomorsk şəhərlərinin və Roslyakovo qəsəbəsinin nümayəndələri çıxış edib. Konsert salonunun səhnəsində quraşdırılan rinqdə iki gün ərzində gərgin mübarizə şəraitində görüşlər keçirilib.

Turnirin qalibləri arasında həmvətənlərimiz də olub. 2001-2002-ci illər təvəllüdlü gənclərin yarışlarında 36 kiloqramadək çəki dərəcəsində Salman Kərimov (Murmansk vilayətinin Roslyakova qəsəbəsi), 54 kiloqram çəki dərəcəsində Rövşən Hüseynov (Murmansk vilayətinin Kirovsk şəhəri) qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə