AFFA-nın İntizam Komitəsi yeni qərarlar qəbul edib. Siasport idman portalı qəbul edilən qərarları diqqətinizə çatdırır:
17 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan kubokunun 1/2 final "Neftçi" - "Qarabağ" matçının 48-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə etsinlər.
Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılsın və İntizam Komitəsinə məlumat verilsin.
17 aprel 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan kubokunun 1/2 final "Bakı" – "Xəzər Lənkəran" matçının 86-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
17 aprel 2013-cü il U-19 Liqasının "Qəbələ" – AZAL matçının 36-cı dəqiqəsində "Qəbələ" klubunun 96 №-li futbolçusu Vəzir Musayev hakimi təhqir etdiyinə görə və oyundan sonra soyunub-geyinmə otağının qapısını sındırdığı üçün 6 oyunluq cəzalanır (maddə 42.3, maddə 38.3). "Qəbələ" klubu isə Binə qəsəbə stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
17 aprel 2013-cü il U-19 Liqasının "Sumqayıt" – "Rəvan" matçının 41-ci dəqiqəsində "Sumqayıt" klubunun 12 №-li futbolçusu Orxan Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın "Xəzər Lənkəran" – AZAL matçının 41-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 10 №-li futbolçusu Anar Babazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 aprel 2013-cü il "Azercell U-17 Liqa"nın "Sumqayıt" – "Qarabağ" matçının 80+1-ci dəqiqəsində "Qarabağ" klubunun 14 №-li futbolçusu Elnur Mustafayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın "Neftçi" – "Qəbələ" matçının 35-ci dəqiqəsində "Qəbələ" klubunun 3 №-li futbolçusu Elvin Dəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyun başa çatdıqdan sonra "Qəbələ" klubunun 9 №-li futbolçusu Coşqun Süleymanov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 aprel 2013-cü il "Kapital Bank U-15 Liqa"nın "Qarabağ" – "Əlincə" matçının 68-ci dəqiqəsində "Əlincə" klubunun 9 №-li futbolçusu Qara Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
U-14 Liqasında çıxış edən "Şirvanovka" klubunun futbolçusu Elmar Kərimovun sənədlərinin saxta olması aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın Gİİ (Xətai) – "Səbail" matçında Gİİ (Xətai) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın AZAL – "Vətən" matçının 22-ci dəqiqəsində "Vətən" klubunun 18 №-li futbolçusu Çingiz Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın "Bakı kəndləri" – "Qarabağ" matçının 12-ci dəqiqəsində "Qarabağ" klubunun 13 №-li futbolçusu Fəxrəddin Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 aprel 2013-cü il "Coca-Cola U-13 Liqa"nın "Sahil 319" – "Bakı" matçının 6-cı dəqiqəsində "Sahil 319" klubunun 8 №-li futbolçusu Ədalət Yusifov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB