"Elnur Allahverdiyev ünvanıma qarşı bəzi sözlər işlədib. Bu mənə ləzzət etmir. Mən "Xəzər-Lənkəran"da canımı qoymuşam, 6 il bu komandanın uğurları üçün çalışmışam, çempionluq və kubok sevincini yaşamışıq. Amma görürəm ki, indi mənə qarşı bəzi xoşagəlməz sözlər işlədirlər. Buna dözmək olmur. Mən düşünürdüm ki, daha danışmayım. Amma görürəm ki, olmur. Danışacam". Siasport idman portalının məlumatına görə, bu barədə Sportarena.az saytına açıqlamasında "Bakı"nın qapıçısı Kamran Ağayev bildirib.
O, "Bakı" - "Xəzər Lənkəran" görüşündən sonra Elnur Allahverdiyev ilə yaşanan insidentə də aydınlıq gətirib: "Elnur mənim ünvanıma bəzi sözlər deyib - "Xəzər Lənkəran"ın çörəyi mənə haram olsun ifadələrini işlədib. Orada-burada ağızlarına nə gəlir danışırlar. Mən digər saytlara açıqlamamda da demişəm və yenə də təkrar edirəm: "Bax, gör, narkoman gəlib futbolçu olub və futboldan danışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB