Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Siasport idman portalının məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edirlər. Turnirin proqramına əsasən, bu gün yunan-Roma güləşi üzrə yeniyetmələr, sabah yunan-Roma güləşi üzrə gənclər, aprelin 20-də sərbəst güləş üzrə yeniyetmələr, 21-də isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar.
Qeyd edək ki, qaliblər AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB