Dünən Voleybol Mərkəzində Azərbaycan Çempionatı "Super Liqa" yarışlarının XXV turunun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, ilk olaraq meydana "Azərreyl"-"Telekom" komandaları çıxıb. Bu görüşdə azarkeşlər təmiz qələbənin şahidi olublar. "Azərreyl" "Telekom" komandasını 3:0 (25-17, 25-21, 25-20) hesabı ilə məğlub edib. Günün ikinci görüşü, bu qarşılaşmaya turun mərkəz oyunu da deyə bilərik. "Rabitə" və "İqtisadçı" komandaları arasında olub. Bu qarşılaşmada ilk hissədə universitet komandası 25:22 hesabı ilə qalib gəlıb. II hissədə isə Rabitə qalib gələrək hesabı bərabərləşdirib. III hissə yenə "Rabitə" klubunun xeyrinə 25:21 hesabı ilə sona çatıb. IV hissədə isə "İqtisadçı" 28:26 hesabı ilə qalib gələrək oyunun taleyini taybrekə daşıyıb. Taybrek rabitəçilərin xeyrinə sona çatıb 15:10. "İqtisadçı" - "Rabitə" oyunu 2:3 hesabı ilə başa çatıb. Görüşdə 1 xal itirməsinə baxmayaraq, "Rabitə" komandası liderliyini qoruyub. Turun sonuncu qarşılaşması "Azəriyol" - "Lokomotiv" komandaları arasında olub. Bu qarşılaşmada isə dəmiryolçular 3:1 (25:18; 19:25; 19:25; 16:25)hesabı ilə qalib gələrək aktivinə daha 3 xall yazdırıb.
17 aprel
XXV tur
"AZƏRREYL" – "TELEKOM" - 3:0 (25:17, 25:21, 25:20)
"İQTİSADÇI" – "RABİTƏ" - 2:3 (25:22; 21:25; 21:25; 28:26; 10:15)
"BAKI-AZƏRYOL" – "LOKOMOTİV" - 1:3 (25:18; 19:25; 19:25; 16:25)
Qeyd edək ki, növbəti turun oyunları aprelin 20-də Voleybol mərkəzində keçiriləcək.
15:00. "Lokomotiv" - "Lokomotiv Biləcəri"
17:00. "Azəryol" - "Azərreyl"
19:00. "Rabitə" - "Telekom"
|
KOMANDALAR |
№ |
OYUN |
QALİB |
MƏĞLUB |
SET FƏRQİ |
TOP FƏRQİ |
XAL |
|
RABİTƏ |
1 |
21 |
19 |
2 |
60/15 |
1847-1456 |
57 |
|
AZƏRREYL |
2 |
21 |
15 |
6 |
50/22 |
1703-1502 |
46 |
|
İQTİSADÇI |
3 |
22 |
15 |
7 |
53/28 |
1871-1613 |
46 |
|
LOKOMOTİV |
4 |
21 |
13 |
8 |
47/32 |
1790-1658 |
38 |
|
AZƏRYOL BAKI |
5 |
22 |
10 |
12 |
37/41 |
1706-1724 |
29 |
|
TELEKOM |
6 |
22 |
2 |
20 |
7/60 |
1196-1630 |
6 |
|
LOKOMOTİV BİLƏCƏRİ |
7 |
21 |
1 |
20 |
5/61 |
1094-1625 |
3 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB