Atçılıq İdmanının Konkur Növü Üzrə CSI4*/CSIYH1* Beynəlxalq turnir keçiriləcək

Atçılıq İdmanının Konkur Növü Üzrə CSI4*/CSIYH1* Beynəlxalq turnir keçiriləcək

Mayın 1-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Elite Horse Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI4* beynəlxalq turnir keçiriləcək. Siasport idman portalının məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya, İran və s. ölkələrin idmançıları iştirak edəcəklər. Yarışlarda ümumiliklə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı gözlənilir. Turnirə Türkiyə, Bolqariya, Rusiya, İran və Rumıniyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 265000 ABŞ dolları təşkil edir. Mayın 2-3-də tamaşaçılar üçün giriş pulsuz olacaq.

Qeyd edək ki, mayın 4-də keçiriləcək final yarışı üçün biletləri şəhərin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə