Mayın 4-5-də cüdo üzrə Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirində on altı ölkənin komandaları iştirak edəcək. Siasport idman portalının məlumatına görə, reytinq yarışına Kolumbiya, BƏƏ, Türkiyə, Kanada, ABŞ, Almaniya, Braziliya, Böyük Britaniya, İsveç, Finlandiya, Çexiya, Qazaxıstan, Gürcüstan, Rusiya və Fransadan kollektivlər gələcək.
Qeyd edək ki, sifarişlərin qəbulu başa çatıb. Lakin ola bilsin ki, yaxın günlərdə bir sıra komandalar da Bakıya gələcəklərini təsdiq etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB