Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" qarşılaşmasında ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib. Siasport idman portalı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Oyuna ciddi hazırlaşmışdıq, bütün xırdalıqlara fikir vermişdik, oyun istədiyimiz kimi gedirdi. Son dəqiqələrdə ikinci qolu buraxmaq istəməzdik. Cavab oyununa və Premyer Liqadakı növbəti oyunumuza hazırlaşacağıq. Çalışacağıq ki, belə səhvlər buraxmayaq".
Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Hər iki komanda bir-birinə layiq rəqibdir. Kubok oyunu üçün belə hesab "sürüşkən"dir. Cavab qarşılaşmasında bu qələbənin ardını gətirməyə çalışacağıq. Əsas odur ki, "Qarabağ" komandası ilə oyunlarda olan üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik. Oyun qrafiki sıx olsa da, qarşıdakı "Qəbələ" ilə oyunda da qalib gəlib, psixoloji səddi aşmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB