Topaz Premyer Liqasında ardıcıl 4 qələbə qazanan "Rəvan" final mərhələsinin ilk dövrəsinin son turuna hazırlıqlarını davam etdirir. Siasport idman portalının məlumatına görə, 27-ci tur çərçivəsində AZAL-ın qonağı olacaq "Rəvan" matça ciddi hazırlaşıb. Gündə 1 dəfə olmaqla keçirilən məşqlər "Bayıl Arena"da reallaşıb.
Bu gün növbəti məşq baş tutub. Havanın yağmurlu olmasına baxmayaraq, futbolçuların səylə çalışmaları xüsusi vurğulanmalıdır. Təxminən saat yarım davam edən məşqdə baş məşqçi Ramil Əliyev əsasən toplu çalışmalara üstünlük verib, yetirmələrinin qapıya zərbələr və standart vəziyyətlər üzərində işləməsini istəyib. "Rəvan" sabah oyunöncəsi son məşqini edəcək.
Qeyd edək ki, oyun aprelin 19-da, Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB