"Rəvan" Topaz Premyer Liqasının 27-ci turunda səfərdə AZAL ilə qarşılaşacaq. Siasport idman portalı adı çəkilən komandaların statistik məqamlarını diqqətinizə çatdırır:
Hazırda ikinci "altılıq"da ilk 2 pilləni tutan komandalar indiyə qədər öz aralarında 6 dəfə qarşılaşıb. Bu matçlarda "Rəvan" 4 dəfə qələbə qazansa da, cəmi 1 halda meydanı xalsız tərk edib. O da cari mövsümün AZAL ilə ilk səfər oyununa təsadüf edib. "Rəvan"ın keçirdiyi bütün oyunlarda üstələdiyi AZAL ilə son 2 səfər matçında 3 xal qazana bilmədiyini də vurğulayaq. Top fərqində də "Rəvan" rəqibindən öndədir - 10:6.
Qeyd edək ki, ardıcıl 4 qələbə qazanan "Rəvan" səfərdəki son 3 matçından 2-də meydanı 3 xalla tərk edib. Altı oyundu məğlub olmayan AZAL isə son 3 ev qarşılaşmasında qalib gəlib.
| 22.10.2011 | AZAL - Rəvan | 1:2 |
| 20.12.2011 | Rəvan - AZAL | 3:1 |
| 18.03.2012 | Rəvan - AZAL | 2:0 |
| 14.04.2012 | AZAL - Rəvan | 1:1 |
| 11.08.2012 | AZAL - Rəvan | 3:1 |
| 19.11.2012 | Rəvan - AZAL | 1:0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB