Budapeştdə kişilər arasında cüdo üzrə Avropa çempionatının açılışı olacaq. Siasport idman portalının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək heyətdə Vüqar Şirinli (60 kq), Nicat Şixalizade (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Səfquliyev (81 kq), Şexmad Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (100 kq-dan yuxarı) yer alıb.
Qeyd edək ki, çempionat aprelin 25-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB