Respublika Şahmat Mərkəzində ənənəvi şahmat məsələlərinin həlli üzrə 34-cü Azərbaycan çempionatı keçirilib. Siasport idman portalının məlumatına görə, qələbə uğrunda 26 şahmatçının mübarizəyə qatıldığı yarışda ümumi 18 məsələ təqdim olunub.
Gərgin mübarizə şəraitində keçən çempionatda birinci yeri ilk dəfə olaraq, 18 yaşlı Sumqayıt şahmatçısı Misrətdin İskəndərov 90 mümkün xaldan 78 xal toplayaraq tutub və 11-ci ölkə çempionu adını qazanıb. Yarışda ikinci yeri 77,5 xalla üçqat ölkə çempionu Ramil Cavadov, üçüncü yeri 73,5 xalla 14 qat ölkə çempionu Araz Alməmmədov, dördüncü yeri isə şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Zaur Məmmədov 64 xalla tutub.
Qadınlar arasında çempionatın qalibi 23 xalla Nərmin Məmmədova (Bakı), ikinci yerə 22 xalla Səbinə İbrahimova (Gəncə), üçüncü yerə isə 15,5 xalla Aydan Hüseynzadə (Qəbələ) layiq görülüb.
Veteranlar arasında ən yaxşı nəticəni Anatoli Piriverdiyev (Bakı) göstərib.
Qeyd edək ki, yarışda Bakı-1 komandası qızıl, Sumqayıt kollektivi gümüş, İsmayıllı komandası isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB