"İnter"in futbolçusu Ukranya mətbuatında

"İnter"in futbolçusu Ukranya mətbuatında

"İnter"də çıxış edən ukraynalı hücumçu Yuri Fomenko öz ölkəsinin mətbuatı tərəfindən də diqqət mərkəzində saxlanılıb. Siasport idman portalının məlumatına görə, Ukraynanın sport.ua saytı "İnter"in şərəfini qoruyan Y.Fomenko haqqında bunları yazıb: "Azərbaycan Premyer Liqasında çıxış edən "Qellios"(Xarkov) klubunun sabiq hücumçusu Yuri Fomenkonun işləri pis getmir. Hazırda futbolçumuz Azərbaycanın ən iddialı komandalarından olan "İnter"in formasını geyinir. Hücumçu bu kluba qış transfer pəncərəsində Cənubi Qafqaz ölkəsinin ortabab klublarından sayılan "Kəpəz"dən keçib. Hazırda Azərbaycan çempionatında "pley-off" mərhələsinin görüşləri keçirilir və bütün klublar iki qrupa bölünüb. Bakının "İnter" klubu 1-6 yerlər uğrunda mübarizə aparır və final mərhələsinin 4 turundan sonra bu komanda 47 xalla 3-cü pillədədir. Həlledici mərhələnin 4-cü turunda "bankirlər" səfərdə əsas rəqiblərindən biri olan "Qarabağ" klubuna 2:3 hesabı ilə məğlub olublar. Bu matçda da fərqlənən Fomenko final mərhələsində vurduğu qolların sayını 3-ə çatdırıb. Bu nəticə ilə hücumçu "Qarabağ" klubunun braziliyalı futbolçusu Riçardla birgə "pley-off"un ən sərrast futbolçular siyahısına başçılıq edir. Hər iki oyunçunun aktivində 3 qol var".

Bütün xəbərlər Facebook səhifəmizdə