Sabah Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşlılar arasında Avropa çempionatı keçiriləcək. Siasport idman portalının məlumatına görə, qitə çempionatında ölkəmizi səkkiz oğlan və altı qızdan ibarət heyət təmsil edəcək.
Baş məşqçi Gündüz Abdullayev, məşqçilər Məmməd Abdullayev, Elnur Amanov və Təvəkkül Bayramovun başçılığı altında heyətdə Mikayıl Əliyev (54 kg), Məcid Sofiyev (58 kg), Səbuhi İsmaylzadə (63 kg), Hüseyn Mehralıyev (68 kg), Səid Guliyev (74 kg), Ramin Abdullayev (80 kg), Ceyhun Həsənli (87 kg), Aydın Bəhməlov (87 kg), Təranə Məmmədova (46 kg), Patimat Abakarova (49 kg), Günay Ağayeva (53 kg), Aytən Səmədli (62 kg), Fəridə Əzizova (67 kg) və Marina Tedeeva (73 kg) yer alıb.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, yarışdan əvvəl Avropa Taekvondo İttifaqının Icraiyyə Komitəsinin iclasında iştirak edəcək. Beynəlxalq dərəcəli hakim Elşad Məmmədov isə Avropa çempionatını idarə edənlər arasında olacaq.
Qeyd edək ki, çempionat aprelin 21-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB