Daşkənddə Özbəkistanın birinci qrossmeyster Qeorqi Aqzamovun xatirəsinə həsr olunmuş VII "Taskent Open" Beynəlxalq turniri davam edir. Siasport idman portalının məlumatına görə, üçüncü turun nəticələrinə görə yarışda ölkəmizi təmsil edən qrossmeyster Azər Mirzəyev 2 xal hesabı ilə özbək şahmatçı Nodirbəy Yaqquboyevla heç-heçə oynayıb. Bununla da, şahmatçımız liderlər siyahısında öz mövqeyini saxlayıb. Turnirdə İngiltərə, ABŞ, İspaniya, Almaniya, Bruney, Rusiya, Azərbaycan, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstandan 101 şahmatçı iştirak edib.
Qeyd edək ki, turnir aprelin 23-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB