Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş spartakiadanın açılış mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ADPU-dəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Yusif Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb. Y.Məmmədov bildirib ki, Ulu Öndərin idarəçilik və dövlətçilik fəaliyyətindən söhbət açmaq və onun dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərini təbliğ etmək hər birimiz üçün müqəddəs və şərəfli vətəndaşlıq borcudur. Çünki Ümummilli Liderin çətin, eyni zamanda, mənalı həyat yolu hər birimiz, xüsusilə gənc nəsil üçün layiqli nümunə, dəyərli örnəkdir.
Sonra tədbir universitetin idman zalında davam edib. Spartakiadanı açıq elan edən rektor vurğulayıb ki, tələbə və müəllim-professor heyətinin iştirakı ilə keçiriləcək yarışlarda idmanın dörd növü - şahmat, voleybol, dama və nərd üzrə mübarizə aparılacaq.
Qeyd edilib ki, spartakiadanın qalibləri ali təhsil müəssisələri arasında keçiriləcək respublika birinciliyində iştirak etmək hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB