"Qarabağ"da müqaviləsi başa çatan kimlərdir?

"Qarabağ"da müqaviləsi başa çatan kimlərdir?

"Qarabağ" klubunda çıxış edən 7 futbolçunun müqaviləsi başa çatır. Siasport idman portalının məlumatına görə, mövsümün sonunda Əfran İsmayılov, İlqar Qurbanov, Fərhad Vəliyev, Vüqar Nadirov, Maksim Medvedyev, Ansi Aqolli və Admir Telinin anlaşması bitəcək.

Amma "Qarabağ" rəhbərliyi bu futbolçular ilə müqavilənin müddətini uzatmaq istəyib. Artıq müqaviləsi bitən futbolçular ilə danışıqlar aparılıb.

Qeyd edək ki, mövsümün sonunada danışıqlar yenidən davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə