"Neftçi" - "Qarabağ" matçının biletləri satışda

"Neftçi" - "Qarabağ" matçının biletləri satışda

Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının biletləri bu gün səhər saatlarından etibarən satışda olacaq. Siasport idman portalının məlumatına görə, azarkeşlər biletləri "Bakcell" Arenanın kassalarından ala bilərlər. VİP sektorlara biletlərin qiyməti 5, digər biletlər isə 1 manatdır. "Neftçi" PFK və "Bakcell" Arenanın rəhbərliyi tərəfindən "Qarabağ" klubu azarkeşlərinin stadiona rahat daxil ola bilməsi üçün xüsusi kassalar ayrılıb.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması bu gün saat 19:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə