Türkiyə milli komandası və "Qalatasaray"ın yarımmüdafiəçisi Selçuk İnan "ilin idmançısı" adına layiq görülüb. Siasport idman portalının məlumatına görə, hər il "Qalatasaray" klubu tərəfindən verilən mükafatın bu ilki sahibi Selçuk İnan olub. Yarımmüdafiəçi bu ada layiq görüldüyünə görə, çıxış etdiyi klub rəhbərliyinə minnətdarlığını bildirib: "Mən bu mükafata görə, komandama təşəkkür edirəm. "Qalatasaray"da olduğum üçün xoşbəxtəm. "Qalatasaray"a gəlməklə nə qədər düzgün seçim etdiyimi yenidən başa düşdüm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB