Azərbaycan kuboku uğrunda 1/2 final mərhələsinin ilk qarşılşamasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Bakı" bu məsuliyyətli oyuna hazırlıqlarını dünən keçirdiyi məşq ilə başa vurub. Siasport idman portalının məlumatına görə, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan məşqə tam heyət ilə qatılan futbolçular əsasən, taktiki çalışmalar üzərində işləyiblər. Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında iki qrupa bölünən komanda son məşqi ruh yüksəkliyi ilə başa vurub.
Yüngül zədəsi olan Xaviyer Junior sıraya qayıdıb. Eyni zamanda Vinston Parks da bərpa dövrünü başa vurur. Parks gələn həftədən etibarən topla məşğələlərə başlayacaq.
Xatırladaq ki, Azərbaycan kuboku uğrunda 1/2 final mərhələsinin "Bakı" - "Xəzər Lənkəran" bu gün saat 16:00-da başlayacaq. Oyun "Bakı" FK TBM-nin stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB