"İnter" "Simurq" ilə oyuna itkilərlə çıxacaq

"İnter" "Simurq" ilə oyuna itkilərlə çıxacaq

Premyer Liqanın 26-cı turu çərçivəsində "Qarabağ" klubu ilə (3:2) keçirilən səfər oyunundan sonra "İnter"in futbolçuları "Şəfa" stadionunda bərpa məşqinə çıxıblar. Siasport idman portalının məlumatına görə, artıq dünən Kaxaber Tsxadadzenin yetirmələri yenidən "Şəfa" stadionunda bir araya gələrək gün ərzində iki dəfə məşq edib. Bu gün daha bir məşqin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, məşq prosesində "Qarabağ" klubu ilə oyunda zədə alan Vladimir Levin iştirak etməyib. Kapitanın "Simurq" ilə keçiriləcək oyunda iştirakı sual altındadır. Bundan başqa, sarı vərəqə limitini keçdiklərinə görə Arif Daşdəmirov, Asif Məmmədov və Fuad Bayramov zaqatalılar ilə maçtda meydana çıxa bilməyəcəklər.

Xatırladaq ki, Azərbaycan Çempionatının 27-ci turunda keçiriləcək "İnter" - "Simurq" qarşılaşması aprelin 20-də "Şəfa" stadionunda baş tutacaq. Oyun saat 19.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə