Media və YAP rayon təşkilatları arasında voleybol turnirinin növbəti oyunları keçirildi FOTOLAR

Media və YAP rayon təşkilatları arasında voleybol turnirinin növbəti oyunları keçirildi FOTOLAR

Bu gün "Coca Cola" şirkətinin sponsorluğu ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol turnirinin növbəti oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, ilk oyun YAP Nizami rayon təşkilatı ilə YAP Binəqədi rayon təşkilatı arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən oyunda ilk setin qalibi YAP Nizami rayon təşkilatı olub 25:13. İkinci setdə də qalib tərəf YAP Nizami rayon təşkilatı olub 25:12. Qarşılaşma YAP Nizami rayon təşkilatının xeyirinə başa çatıb. YAP Nizami rayon təşkilatı daha bir oyun keçirib. Bu dəfəki rəqibi YAP Xətai rayon təşkilatı olub. Bu oyunda da qələbəni YAP Nizami rayon təşkilatı qazanıb 2:0.

Günün digər qarşılaşması – YAP Sumqayıt şəhər təşkilatı - YAP Abşeron rayon təşkilatı oyunu baş tutmayıb. Buna səbəb YAP Sumqayıt şəhər təşkilatının oyuna gəlməməsi olub. Belə olduqda adı çəkilən komandaya texniki məğlubiyyət verilib. Qələbə YAP Abşeron rayon təşkilatının komandasının aktivinə yazılıb 0:2.

Bir gündə 2 oyun keçirən komandalardan biri də YAP Xətai rayon təşkilatı olub. Bu görüşdə rəqib "Səs" qəzeti olub. Gərgin keçən mübarizənin ilk setində qələbə YAP Xətai rayon təşkilatının adına yazılıb 25:13. İkinci setdə media nümayəndələri üstünlüyü ələ alsa da oyun yenə YAP Xətai rayon təşkilatının xeyrinə başa çatıb 25:23. YAP Xətai rayon təşkilatı "Səs" qəzetini 2:0 hesabı ilə məğlub edib.

Maraqlı keçən qarşılaşmalardan İctimai Televiziya – "Xalq" qəzeti oyununda televiziya nümayəndələri qələbəni çox rahat əldə ediblər. İlk set 25:08 hesabı ilə İctimai Televiziyanın xeyirinə başa çatıb. İkinci setdə də qələbəni televiziya nümayəndələri aktivinə yazıb 25:12. "Xalq" qəzeti bu oyunda da məğlubiyyət ilə barışıb 2:0.

Günün son oyunu "Yeni Azərbaycan" qəzeti – YAP Suraxanı rayon təşkilatı arasında baş tutub.Gərgin mübarizə şəraitində keçən qarşılaşmada məğlubiyyət ilə barışan tərəf YAP Suraxanı rayon təşkilatı olub. Jurnalistlər bu oyunda 2:0 hesabı ilə qalib gəliblər.








Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş voleybol turnirində növbəti oyunların vaxtı açıqlandı

Qeyd edək ki, turnirin görüşlərinin vaxtı da artıq müəyyənləşib. Növbəti oyunların qrafikini təqdim edirik.

3-cü tur

18 aprel

17:30 YAP Nərimanov rayon təşkilatı - "İki sahil" qəzeti

18:00 YAP Səbail rayon təşkilatı - YAP Xəzər rayon təşkilatı

18:30 "Cəmiyyət və din" qəzeti - "SİA"

19:00 YAP Xətai rayon təşkilatı - YAP Binəqədi rayon təşkilatı

19:30 YAP Abşeron rayon təşkilatı-"Səs" qəzeti

19 aprel

17:30 YAP Nizami rayon təşkilatı – YAP Sumqayıt şəhər təşkilatı

18:00 "Xalq" qəzeti-"Yeni Azərbaycan" qəzeti

18:30 YAP Yasamal rayon təşkilatı - İTV

19:00 "İki sahil" qəzeti – YAP Səbail rayon təşkilatı

4-cü tur

22 aprel

17:30 YAP Qaradağ rayon təşkilatı – YAP Nərimanov rayon təşkilatı

18:00 AzərTAc - "Cəmiyyət və din" qəzeti

18:30 YAP Sumqayıt şəhər təşkilatı – YAP Binəqədi rayon təşkilatı

19:00 "Səs" – YAP Nizami rayon təşkilatı

24 aprel

17:30 YAP Xətai rayon təşkilatı - YAP Abşeron rayon təşkilatı

18:00 YAP Suraxanı rayon təşkilatı -"Xalq" qəzeti

18:30:00 YAP Səbail rayon təşkilatı – YAP Qaradağ rayon təşkilatı

5-ci tur

25 aprel

17:30 YAP Xəzər rayon təşkilatı - "İki sahil" qəzeti

18:00 YAP Sabunçu rayon təşkilatı-"SİA"

18:30 YAP Abşeron rayon təşkilatı – YAP Binəqədi rayon təşkilatı

19:00 "Yeni Azərbaycan" qəzeti – YAP Yasamal rayon təşkilatı

29 aprel

17:30 YAP Nizami rayon təşkilatı – YAP Xətai rayon təşkilatı

18:00 YAP Sumqayıt şəhər təşkilatı - "Səs" qəzeti

18:30 YAP Yasamal rayon təşkilatı – YAP Suraxanı rayon təşkilatı

19:00 İTV - "Yeni Azərbaycan" qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə