Topaz Premyer Liqasının növbəti turunda "İnter"in qonağı olacaq "Simurq" hazırlıqlara start verib. Siasport idman portalının məlumatına görə, bərpaedici məşqdən sonra dünən baş məşqçi Georgi Çixradze futbolçulara istirahət verib. Bu gün isə məşqlər qaldığı yerdən davam edib. Paytaxt təmsilçisi ilə görüş öncəsi hazırda Zaqatala təmsilçisinin heyətində zədəli və cəzalı futbolçu yoxdur. "Neftçi" ilə görüşdə ayağında ağrılar hiss etdiyindən oynamayan Stepan Polyakda, artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, 27-ci tur çərçivəsində keçiriləcək "İnter" - "Simurq" oyunu aprelin 20-də "Şəfa" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB