Soçidə Dünya İdman Jurnalistləri İttifaqının 76-cı konqresi start götürüb
Rusiyanın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının (AİPS) 76-cı konqresi öz işinə başlayıb. Siasport idman portalının məlumatına görə, tədbirin açılış mərasimində Rusiyanın idman naziri Vitaliy Mutko çıxış edərək dünya idman jurnalistlərini növbəti konqres münasibəti ilə təbrik edib. AİPS prezidenti Canni Merlo isə təşkilatçılığa görə Rusiya dövlətinə təşəkkürünü bildirib. Digər çıxış edənlər də konqres iştirakçılarına uğurlar arzulayıb. Açılışdan əvvəl isə Rusiyanın idman naziri Vitaliy Mutko jurnalistlər ilə görüşüb və onların suallarını cavablandırıb.
Bu gün AİPS-in qitələr üzrə təşkilatının toplantıları keçirilib. Konqresdə AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi məsələsi də müzakirə edilib. Namizədlər arasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadənin də adı var.
Qeyd edək ki, konqres aprelin 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB