“Bakı” - “Atletiko” oyununun biletləri yaxın günlərdə satışa çıxarılacaq

“Bakı” - “Atletiko” oyununun biletləri yaxın günlərdə satışa çıxarılacaq

"Bakı"nın "Atletiko"-ya qarşı keçirəcəyi yoldaşlıq oyununun biletləri yaxın günlərdə satışa çıxacaq. Siasport idman portalının məlumatına görə, paytaxt komandası bu reklam xarakterli qarşılaşma üçün 30 min bilet satışa çıxarmağı planlaşdırır. Qiymətlər 3-4 kateqoriyaya bölünəcək və sektorlardan asılı olaraq dəyişəcək. Biletlər oyuna bir həftə qalmış satışa buraxılacaq.

Qeyd edək ki, "Bakı" - "Atletiko" matçı aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə