Con Toşak üçün kubokda debüt STATİSTİKA

Con Toşak üçün kubokda debüt STATİSTİKA

Sabah Azərbaycan kubokunun ilk yarımfinal oyunları keçiriləcək. Siasport idman portalının məlumatına görə, "Xəzər Lənkəran" "Bakı"nın qonağı olacaq. Bu görüş klubların ümumilikdə 32-ci qarşılaşması kimi tarixə düşəcək.

Doqquz ildir davam edən rəqabətdə qələbə sayında paytaxt futbolçuları üstündür. Onlar 11, cənub təmsilçisi isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran "ağ-yaşıllar" 29 dəfə qapısında qol görüb.


Əvvəlki matçlardan 24-ü çempionat, 7-si kubok çərçivəsində olub. Kubokda paytaxt təmsilçisi 4, lənkəranlılar 2 qələbəyə sevinib və 1 dəfə "sülh"lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir - 8:7. Lakin bu 7 matçı özündə birləşdirən 4 dueldə hər komanda 2 dəfə qalib olub. 2006/07 və 2008/09 mövsümlərində duellər 1/4 finala təsadüf edib. Əvvəl "Xəzər Lənkəran" (2:0 və 0:1) 2 il sonra isə bakılılar (0:1, 2:2) mərhələ adlayıb. 2009/10 mövsümündə finalda 1:2 hesabı ilə uduzan "ağ yaşıllar" növbəti il rəqibini dayandıra bilib. Həmin - 2 il əvvəlki duel indiki kimi yarımfinala təsadüf edib. Onda cənub təmsilçisi səfər qolu ilə (1:0 və 1:2) mərhələ adlayaraq sonda 3-cü dəfə kubokun sahibi olub.

Son 3 ildə kuboku qazanan komandaların (2009/10 və 2011/12 mövsümlərində "Bakı", 2010/11-də "Xəzər Lənkəran") qarşılaşması "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. Komandanı 3 çempionat matçına çıxaran uelsli mütəxəssis 2 il əvvəl yarımfinalda "Bakı"nı məğlub etməklə qazanılan kuboku yenidən Lənkərana gətirmək üçün daha 1 addımın atılmasına çalışacaq.

2004/05 22.08.2004 çempionat s 0:2

2004/05 23.02.2005 çempionat e 2:0

2005/06 22.08.2005 çempionat e 0:1

2005/06 17.02.2006 çempionat s 1:1

2006/07 26.08.2006 çempionat e 1:0

2006/07 26.02.2007 kubok s 2:0

2006/07 04.03.2007 kubok e 0:1

2006/07 17.03.2007 çempionat s 0:0

2007/08 04.11.2007 çempionat s 2:2

2007/08 04.05.2008 çempionat e 0:0

2008/09 26.10.2008 çempionat s 0:0

2008/09 25.02.2009 kubok e 0:1

2008/09 11.03.2009 kubok s 2:2

2008/09 18.04.2009 çempionat e 3:0

2009/10 25.11.2009 çempionat e 1:1

2009/10 29.11.2009 çempionat s 3:0

2009/10 11.04.2010 çempionat s 0:1

2009/10 15.05.2010 çempionat e 0:1

2009/10 23.05.2010 kubok n 1:2

2010/11 02.10.2010 çempionat e 1:1

2010/11 27.11.2010 çempionat s 1:1

2010/11 02.04.2011 çempionat s 0:0

2010/11 27.04.2011 kubok e 1:0

2010/11 04.05.2011 kubok s 1:2

2010/11 13.05.2011 çempionat e 2:0

2011/12 21.10.2011 çempionat s 2:2

2011/12 21.12.2011 çempionat e 3:0

2011/12 19.03.2012 çempionat e 0:1

2011/12 14.04.2012 çempionat s 1:4

2012/13 18.11.2012 çempionat s 0:2

2012/13 06.12.2012 çempionat e 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə