Bu gün "Xəzər Lənkəran" ölkə kubokunun yarımfinal qarşılaşmasında "Bakı" klubunun bazasında məşqə çıxıb. Siasport idman portalının məlumatına görə, səhər saatlarında başlayan oyun öncəsi son məşq ilk olaraq isinmə hərəkətləri ilə start götürüb. Sonra "ağ-yaşıllar" taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər. Alvaro Silva zədələ olduğu üçün bərpa məşqlərini fərdi olaraq davam etdirib. Cənub təmsilçisinin digər bir futbolçusu Elnur Abdullayev isə cəzalı durumda olduğundan "Bakı" ilə qarşılaşmanın ilk görüşünü buraxmalı olacaq. Hərbi xidmətdə olan Ağabala Ramazanovun xidmətindən də məşqçilər korpusu yararlana bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB