"Rəvan" məşqlərə start verib

"Rəvan" ötən həftənin cümə günü Topaz Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazandıqdan sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara 2 günlük istirahət verilib. Siasport idman portalının məlumatına görə, aprelin 19-da AZAL ilə qarşılaşacaq "Rəvan" istirahətə dünən son qoyub.

"Bayıl Arena"da toplaşan komanda üzvləri qısa isinmə hərəkətlərindən sonra birbaşa toplu çalışmalara keçib. Baş məşqçinin istəyinə əsasən futbolçuların eyni zamanda fiziki dözümlüyünü artırması üçün xüsusi təmrinlərə də yer ayrılıb.

Qeyd edək ki, təxminən 2 saat davam edən məşqdə qolundan zədəsi olan qapıçı Murad Qənbərov istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə