Topaz Premyer Liqasının 26-cı turunda "Kəpəz"ə qarşı oyunda qələbə qazanan "Rəvan" komandanın baş məşqçi Ramil Əliyevə yubiley hədiyyəsi etmiş olub. Siasport idman portalının məlumatına görə, son matç gənc mütəxəssis üçün ikiqat yubiley ilə yadda qalıb.
Belə ki, "Kəpəz"lə oyun Ramil Əliyevin baş məşqçi kimi 90-cı görüşü olub. Bu göstərici mütəxəsisin çalışdırdığı əsas komandalardakı oyunun sayından gedir. 2008-ci ildə I diviziondan elitaya komanda çıxarmış ən gənc məşqçi kimi futbol tariximizə düşən Əliyevin cari mövsümün gedişində təyinat aldığı "Rəvan"dan öncəki karyerası sırf MOİK ilə bağlıdır. Hazırda Premyer Liqa tarixinin ən gənc baş məşqçisi sayılan Ramil Əliyev MOİK-də 80 görüş keçirib. "Kəpəz"lə matç isə çalışdırıcı üçün "Rəvan"dakı 10-cu görüş olub.
Daha bir yubiley onun bu matçlarda əldə etdiyi qələbə sayı ilə bağlıdır. Belə ki, 26 yaşlı Əliyev baş məşqçi kimi 90-cı görüşündə 30-cu zəfərinə sevinib. Ümumiyyətlə, gənc mütəxəssis 90 oyunda 30 qələbə, 15 heç-heçə və 45 məğlubiyyət görüb. Onun çalışdırdığı komandalar 88 dəfə qol vursa da, qapısından 140 top buraxıb. Kubokdakı 7 oyunu çıxsaq, bu müddətdə Əliyevin komandaları 102 xal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB