Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" klubu 11 günlük fasilədən sonra yenidən "Bakcell Arena"ya səfər edib. Siasport idman portalının məlumatnına görə, Premyer Liqanın son turunda "İnter"i 3:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi oyundan dərhal sonra kubok üçün hazırlığa start verib. "Qarabağ" klubunda zədəli futbolçuların olmaması üzləri güldürür. Branimir Subaşiç və Vaqif Cavadov da sağalaraq sıraya dönüb. Bu gün ağdamlılar oyunqabağı sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı sabah saat 19:30-da "Bakcell Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB