"İnter"in futbolçusu 70-ci oldu STATİSTİKA

"İnter"in futbolçusu 70-ci oldu STATİSTİKA

Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən "Qarabağ" - "İnter" matçı bir sıra maraqlı statistik göstəricilərlə də yadda qalıb. Siasport idman portalının məlumatına görə, bu oyunda qol vurmuş Fuad Bayramov Azərbaycan çempionatlarının tarixində fərqlənən "İnter"in sayca 70-ci futbolçusu olub.

Xatırladaq ki, Azərbaycan Çempionatında "İnter"in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondur. 22 qolla Xaqani Məmmədov fərqlənib, 17 topun müəllifi isə Robertas Poşkus olub. Hazırda "İnter"in heyətində çıxış edən futbolçular arasında ən çox qol Baçana Tsxadadzenin aktivindədir - 15. Gürcü forvardı 14 qolla Petar Zlatinovu izləyir. Vladimir Levinin və Nizami Hacıyevin aktivində 11 qol var.

Qeyd edək ki, 2004-cü ildən etibarən "İnter" çempionat çərçivəsində 258 oyun keçirib. Bakı təmsilçisi bu oyunlarda 141 qələbə əldə edib, 70 heç-heçəyə imza atıb və 47 məğlubiyyət ilə barışıb. Bu qarşılaşmalarda "İnter" 359 dəfə rəqib qapısından top keçirib və 174 top da qapısından buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə