U-14 İBA Cup turnirinin sonuncu iştirakçısı müəyyənləşdi

U-14 İBA Cup turnirinin sonuncu iştirakçısı müəyyənləşdi

Xəbər verdiyimiz kimi, Bakıda iyun ayında U-14 İBA Cup uşaq futbolu keçiriləcək. Siasport idman portalının məlumatına görə, turnirin sonuncu iştirakçısının adı məlum olub. Serbiyanın "Partizan" klubu turnirdə iştirak etmək üçün paytaxtımıza gələcək.

Qeyd edək ki, turnirə Rusiyanın "Rubin", Türkiyənin "Beşiktaş", Ukraynanın "Karpatı", İspaniyanın "Vilyarreal", İsveçin "Yurqorden" və "Almaniyanın "Ayntraxt" klubları da qatılacaq. Turnirə "İnter" komandası ev sahibliyi edəcək.


Xatırladaq ki, turnir iyunun 17-də başlayacaq. U-14 İBA Cup yarışının püşkatma mərasimi may ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə