Emin İmaməliyev karyerasını bitirməyə hazırlaşır

Emin İmaməliyev karyerasını bitirməyə hazırlaşır

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Emin İmaməliyev karyerasını bitirməyə hazırlaşır. Siasport idman portalının məlumatına görə, futbolçu hazırda müqavilə ilə "Qarabağ" komandasına məxsusdur. "Şəfa", "Bakı" və "İnter" kimi klublarda çıxış etmiş 33 yaşlı futbolçu vaxtilə ölkənin ən güclü yarımmüdafiəçilərindən biri sayılıb.

Qeyd edək ki, E.İmaməliyevin məşqçilik fəaliyyətinə başlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə